"Qarabağ"ın qapıçısı üçün mövsüm başa çatdı

5 May, 11:30 Sosial mediada paylaşın:
"Qarabağ"ın və millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev yenidən zədələnib. 
O, Azərbaycan Premyer Liqasının 25-ci turunda "Zirə" ilə görüşdə qolundan zədə alıb. Meydanı göz yaşları içində tərk edən 26 yaşlı qolkiper 23-cü dəqiqədə Emil Balayevlə məcburi əvəzlənib. Klubdan verilən məlumata görə qapıçının sağ qolu sınıb. Bununla da təcrübəli qapıçı üçün mövsüm başa çatıb. Qeyd edək ki, Ş.Məhəmmədəliyev bundan əvvəl ölkə çempionatının 23-cü  turunda "Səbail"lə matçda ağır zədələnmişdi.

CANLI YAYIM