"Parma" məğlub olaraq aşağı diviziona düşdü

4 May, 16:19 Sosial mediada paylaşın:
Italiya A seriyasında 34-cü tura “Torino” – “Parma” matçı ilə yekun vurulub.
İlk hissədə qapılar toxunulmaz qalıb. 2-ci yarıda  hesab açılıb. 63-cü dəqiqədə Kristian Ansaldinin ötürməsindən sonra Mergim Voyvoda topu boş qapıdan keçirib. Turin futbolçuları sərfəli hesabı sonadək qorumağa nail olublar. Onlar hazırda 34 xalla 15-cidirlər. Ardıcıl 5-ci matçda uduzan “Parma” futbolçularının B seriyasına yuvarlandığı dəqiqləşib. Onlar ardıcıl 3 mövsüm elitada çıxış edəndən sonra 2-ci divizona düşüblər. Xatırladaq ki, “İnter”  artıq 19-cu İtaliya çempionluğunu təmin edib.

CANLI YAYIM