"Fənərbağça" autsayderlə görüşdə çətinlik çəkmədi

4 May, 15:09 Sosial mediada paylaşın:
Türkiyə Super Liqasının 39-cu turunda çempionluğa iddalı “Fənərbağça” autsayder “Ərzurumspor”la qarşılaşıb.
Meydan sahibləri görüşün taleyini elə ilk hissədə həll ediblər. Hesab 6-cı dəqiqədə açılıb. Xose Sosa penaltidən fərqlənib. Hücumlarına ara verməyən “Fənərbağça” futbolçuları 12-ci dəqiqədə yenidən rəqibi meydanın mərkəzinə ediblər. Enner Valensiya fərqi artırıb. İki dəqiqə sonra hesab 3-0 olub. İstanbul klubun heyətində bu dəfə Dimitrios Pelkas hədəfdən yayınmayıb. “Ərzurumspor”un gücü isə yalnız bir qolla çatıb. 81-ci dəqiqədə Özgür Sərt komandasının təsəlli qolunu vurub: “Fənərbaxça” – “Ərzurumspor” 3-1. Bu qələbə sayəsində xallarının sayını 76-a çatdıran “Fənərbağça” yenidən ikinci pilləyə yüksəlib. Komanda əzəli rəqibi “Qalatasarayı” bir xal qabaqlayır. Turnir cədvəlinə isə 81 xalla “Beşiktaş” başçılıq edir.

CANLI YAYIM