"Sevilya"nın çempionluq imkanları azaldı

4 May, 14:05 Sosial mediada paylaşın:
Gərgin çempionluq mübarizəsinin davam etdiyi İspaniya La liqasında 34-cü tur yekublaşıb.
İlk 4-lüyü tamamlayan “Sevilya” “Atletik”i qəbul edib. Bərabər səviyyədə keçən ilk hissədə hesab açılmayıb. Yeganə qol vaxtın tamamında vurilub. İnyaki Vilyams “Atletik”in minimal hesablı qələbəsini təmin edib. Çempionluq yolunda ciddi zərbəyə məruz qalan “Sevilya”nın 70 xalı var. Əndəlüs klubu 2-ci 3-cü yerlərdə gedən  “Real” və “Barselona”dan 4, “Atletiko”dan 6 xal geri qalır.

CANLI YAYIM