"Vest Hem" ÇL uğrunda mübarizəni davam etdirir

4 May, 13:00 Sosial mediada paylaşın:
İngiltərə çempionatı 34-cü tur başa çatıb. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Vest Hem” səfərdə “Börnli” ilə qarşılaşıb. Qarşılaşmanın taleyi 1-ci hissədə həll olunub. 19-cu dəqiqədə Kris Vud “Börnli”ni önə keçirsə də, Mikail Antonio tezliklə dubl edərək hesabı “Vest Hem”in xeyrinə dəyişib. 2-ci hissədə başqa qol vurulmayıb: “Börnli” - “Vest Hem” 1:2 
İlk 4-lükdən kənarda qalan London futbolçuları hazırda 58 xalla 5-cidilər. İlk 4-lükdə “Mançester Siti”, “Mançester Yunayted”, “Lester” və "Çelsi" komandaları qərarlaşıb. “Börnli” isə 36 xalla 16-cıdır. 
Autsayderlərdən “Vest Bromviç” isə 34-cü turda öz meydanında “Vulverhempton”la heç-heçə edib. İlk hissəyə əlavə olunan 2-ci dəqiqədə qonaqlarda Fabiu Silva “canavarlar”a üstünlük qazandırsa da, 62-ci dəqiqədə meydan sahiblərindən Mbaye Caqne bu qola cavab berib. “Vest Bromviç” 26 xalla hazırda 19-cu yerdədir. “Vuverhempton” isə 42 xalla 12-cidir.

CANLI YAYIM