Poçettino: "Qələbə bizim olacaq!"

4 May, 11:45 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında mübarizə sona yaxınlaşır. Artıq yarımfinalın cavab görüşləri başlanır. Əvvəlcə “Mançester Siti” PSJ-ni qəbul edəcək. İlk görüşdə fasiləyə üstün yollanmasına baxmayaraq yekunda 1-2 hesabı ilə məğlub olan Paris təmsilçisinin bu dəfə işi çətindir. İngiltərə komandası isə üstünlüyünü qoruyaraq finala yüksəlmək niyyətindədir. Hər iki klubun futbolçuları oyuna tazm hazırdırlar:  “Finalın bir addımlığındayıq. Bu görüşü son oyunumuz kimi oynayacağıq. Başa düşürəm, sərfəli nəticə ilə qayıtdıq səfərdən. Amma biz arxaynlaşmamalıyıq. Burada hər bir səhv baha başa gələ bilər. Ona görə də maksimum diqqətli olacağıq”.
PSJ-nin baş məşqçisi Maurisio Poçettino isə mətbuat konfransında iddialı danışıb: “Mən azarkeşlərimizə səslənirəm. Heç kim narahat olmasın. Heç nə bitməyib. Biz son dəqiqəyədək mübarizə aparacağıq. Meydanın hər qarışı uğrunda əlimizdən gələni edəcəyik. Əlavə hissələrə də, penaltilərə də hazırıq. Qələbə bizim olacaq!”
Qeyd edək ki, “Mançester Siti” – PSJ matçı bu gün Bakı vaxtı ilə saat 23-də başlanacaq.

CANLI YAYIM