"Neftçi" "Keşlə"ni darmadağın etdi, "Səbail" "Qəbələ"ni minimal hesabla üstələdi

4 May, 11:35 Sosial mediada paylaşın:
Azərbaycan premyerliqasında 25-ci turun ilk 2 oyunu olub. Səfərdə “Keşlə” ilə qarşılaşan “Neftçi” 3 cavabsız qolla üalib gəlib. 38-vi dəqiqədə Mirabdulla Abbasov hesabı açıb. Digər 2 qol fasilədən sonra vurulub. 74-cü dəqiqədə Keysuke Honda “Neftçi”nin heyətində ilk dəfə fərqlənərək hesabı 2:0 edib. Sonuncu qol 2-ci hissəyə artırılan dəqiqələrdə vurulub. Emin Mahmudov cərimə zərbəsindən rəqib qapısına yol tapraq mübarizəyə nöqtə qoyub:  Keşlə - Neftçi 0:3
“Səbail” – “Qəbələ” oyununun taleyini isə 1 qol həll edib. Əsas maraqlı hadisələr 2-ci yarıda baş verib. 51-ci dəqiqədə qonaqlardan Merab Giqauri 2-vi dəfə sarı vərəqəyklə cəzalanaraq meydandan çıxarılıb. Say üstünlüyü əldə edən “Səbaiı” tezliklə rəqibi məyus edib. Amil Yunanov meydan sahiblərinə 3 xal qazandıran qolun müəllufi olub. Bu qələbə sayəsində xallarının saylnı 24-ə çatdıran “Səbail” 6-cı, “Qəbələ” eyni miqdarda xalla 5-cidir. Qalib gələrək zirvəyə qalxan Neftçi 25 oyubdan 50 xal toplayıb. 2-ci sıraya düşən” Qarabağ”ın da hesabında 50 xal var. “Köhlən atlar” 25-ci turda bu gün meydana çıxacaq. Ağdam futbolçuları saat 18-də “Zirə”ni qəbul edəcək. Tura saat 20:15-də başlanan “Sumqayıt” - “Sabah” matçı ilə yekun vurulacaq. 

CANLI YAYIM