Şəhriyar Məmmədyarov Aronyanı məğlub edərək “New In Chess Classic” turnirində 3-cü yeri tutub

3 May, 11:00 Sosial mediada paylaşın:
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bürünc medal qazanıb.
Təmsilçimiz üçüncü yer uğrunda Ermənistan şahmatçısı Levon Aronyanla cavab matçında 2,5:0,5 hesablı qələbə qazanıb. Bununla da şahmatçımız bürünc medalı özünə təmin edib. Qeyd edək ki, Ş.Məmmədyarovun birinci matçda rəqibi ilə qarşılaşması heç-heçə ilə başa çatmışdı.

CANLI YAYIM