MXL-də klub sayı 32-yə yüksəlib

1 May, 10:48 Sosial mediada paylaşın:
Milli Xokkey Liqasında çıxış edəcək yeni komandanın əsası qoyulub. Söhbət liqada 32-ci komanda kimi fəaliyyət göstərəcək “Sietl Kraken” klubundan gedir. Bu barədə MXL-in rəhbəri Qari Bettmen ictiamiyətə məlumat verib.
Onun sözlərinə görə klubun təsisçisi Devid Bondermen bütün sənədləşmə işlərini uğurla başa vurub. Bettmen Sietl kimi böyük şəhərin MXL-də təmsil olunmasına görə sevindiyini də dilə gətirib. Amma yeni klub təsis edildikdən sonra problemlərlə üzləşib. Daha doğrusu, klubun yaradıcısı şəhərin komandasına “Kraken” adı seçməklə özünü çətin vəziyyətə salıb. Məsələ ondadır ki, Sietl şəhərinin “Kraken” barının rəhbəri klubu adından icazəsiz istifadə etməsinə görə məhkəməyə vermək qərarına gəlib. O klubun rəhbərliyindən müəllif hüquqlarını pozmasına görə 3,5 milyon avro təzminat istəyir. Barın sahibi “Sielt Kraken”in arenasın nəzdində bu adı daşıyacaq barın yaradılacağını əsas gətirərək iki eyni adda restoranın fəaliyyət göstərə bilməyəcəyini də söyləyib.

CANLI YAYIM