Gənclər və İdman naziri Azad Rəhimov vəfat edib

1 May, 10:12 Sosial mediada paylaşın:
Gənclər və idman naziri Azad Rəhimov dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 1971-ci ildə Səbail rayonunda 134 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olub və 1981-ci ildə oranı bitirib. 1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olub və 1986-cı ildə oradan ingilis dili müəllimi ixtisası üzrə məzun olmuşdur.
Azad Rəhimov 1984-cü ildən 1986-cı ilə qədər Xətai rayonunda 245 nömrəli tam orta məktəbdə Komsomol Komitəsində vəzifəsində çalışıb. 1986-1987-ci illərdə sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Ordudan təxris olunduğdan sonra 1987-ci ildən 1989-cu ilə qədər Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqının Xətai Rayon Komitəsində şöbə müdiri vəzifəsində, 1989-1990-cı illərdə Azərbaycan SSR Gənclər İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.
1994-1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyəti Cəmiyyətinin rəhbəri vəzifəsində, 1998-2006-cı illərdə isə "Italdizain" Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral 2006-cı il tarixli sərəncamına əsasən Azərbaycanın gənclər və idman naziri vəzifəsinə təyin olunub.
Azad Rəhimov ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.

CANLI YAYIM