Ölkə kuboku tarixində ilk dəfə eyni məşqçilər ardıcıl 2 mövsüm finalda üz-üzə gələcək

30 Aprel, 16:23 Sosial mediada paylaşın:
Azərbaycan kuboku tarixində ilk dəfə ardıcıl ikinci finalda eyni baş məşqçilər iştirak edəcək. Ayxan Abbasov 2018/19 mövsümündə olduğu kimi yenə “Sumqayıt”ın “sükanı arxası”nda həlledici qarşılaşmaya vəsiqə qazanıb. “Keşlə”yə rəhbərlik edən Sənan Qurbanov isə 2 il öncə “Qəbələ”nin baş məşqçisi kimi buna nail olub. Ötən mövsüm yarımçıq dayandırıldığından baş tutan son finalın iştirakçıları 2 ildən sonra yenidən üz-üzə gələcək. Ölkə kubokunun 29 illik tarixində bunadək belə hadisə qeydə alınmayıb.Həmçinin, Sənan Qurbanov ardıcıl iki finala fərqli komandalarla yüksələn ilk mütəxəssisdir. Ona qədər bir neçə məşqçi 2, hətta 3 dəfə ardıcıl final həyəcanı yaşasa da, buna eyni komanda ilə nail olub.Qeyd edək ki, baş tutan son finalda “Qəbələ” “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.

CANLI YAYIM