Şəhriyar Məmmədyarov ilk oyun günündə Hikaru Nakamuraya məğlub olub

30 Aprel, 11:30 Sosial mediada paylaşın:
Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində yarımfinalın ilk matçları keçirilib.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamura ilə 4 partiyadan ibarət olan birinci matçda 3:1 hesabı ilə məğlub olub. Yarımfinalda Maqnus Karlsenin ermənistanlı Levon Aronyanla qarşılaşması isə bərabərliklə başa çatıb (2:2).
Ümumi mükafat fondu 100 min ABŞ dolları olan “New In Chess Classic” turniri mayın 2-dək davam edəcək.
“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

CANLI YAYIM