İdman gimnastlarımız Avropa çempionatında iştirak edəcəklər

17 Aprel, 09:08 Sosial mediada paylaşın:
Aprelin 21-25-də İsveçrənin Bazel şəhərində idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.
Çempionatda ölkəmizi 5 gimnast təmsil edəcək. Millimizin heyətində Ağamurad Qəhrəmanov, İvan Tixonov, Nikita Simonov, Marina Nekrasova və Milana Minakovskaya birincilik uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, turnirdə 38 ölkədən 280 idmançı mübarizə aparacaq.

CANLI YAYIM