MBA ulduzu karyerasını başa vurdu

16 Aprel, 17:11 Sosial mediada paylaşın:
“Bruklin Nets”in yeni transferi Lamarkus Oldric karyerasını başa vurub.
Təcrübəli basketbolçu ürəyindəki problemlərə görə belə bir addım atmağa məcbur olub.  “Leykers”lə oyunda özünü narahat hiss edən basketbolçunun ürək döyüntüsü normada olmayıb. Bu barədə açıqlama verən Oldric səhhətinin düşünməli olduğunu deyib. Xatırladaq ki, 35 yaşlı basketbolçu MBA-da 15 mövsüm keçirib. 7 “All Star” matçında çıxış edən Lamarkusun adı 5 dəfə mövsümün rəmzi heyətinə daxil edilib.  Bu mövsüm isə o, hər oyuna orta hesabla 13,5 xal və 4,5 ribaundla yadda qalıb. Maraqlıdır  ki, Oldric aprelin əvvəlində “San Antonio”dan ayrılaraq çempionluğa əsas namizədlərdən olan “Bruklin”ə keçmişdi. Halbuki, onunla “Mayami” və “Leykers”də maraqlanırdı.  Qeyd edək ki, Lamarkus 2015-ci ildə “Spörz”ə transfer olunana qədər 9 il “Portlend Treyl Bleyzers”in şərəfini qoruyub. Amerikalı basketbolçu “Portlend”ə minnətdar olduğunu və heç vaxt bu komandanı unutmayacağını bildirib.

CANLI YAYIM