Kanada Qran-prisi yenə də ləğv edildi

16 Aprel, 16:30 Sosial mediada paylaşın:
Formula 1 üzrə Kanada Qran-prisi ləğv edilib.
Yarış təqvimə əsasən Azərbaycan Qran-prisindən bir həftə sonra, yəni iyunun 13-də təşkil edilməli idi.  Yarışın ləğv edilməsinə isə koronavirus pandemiyası səbəb olub. Kanadanın səhiyyə nazirliyi hətta Monrealda azarkeşsiz  keçiriləcək yarışın belə təhlükəli olduğunu nəzərə alaraq onun bu mövsüm ləğvi ilə əlaqədar qərar qəbul edib.  Qeyd edək ki, Formula 1 rəhbərliyi təşkilatçılara 1300 nəfər personalın cəmiyyətdən təcrid olunma şərti ilə yarışı keçirməyin mümkün olduğunu bildirmişdi. Amma kanadalılar risk etməmək qərarına gəliblər. Xatırladaq ki, 1961-ci ildən keçirilən Kanada Qran-prisi ötən mövsüm də eyni səbəbdən ləğv edilmişdi.

CANLI YAYIM