Bu gün Azərbaycan premyer liqasında 23-cü tur start götürəcək

16 Aprel, 15:53 Sosial mediada paylaşın:
Azərbaycan Premyer Liqasında 23-cü tur başlanır. 46 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ" 20 xalla 6-cı pillədə yer alan "Səbail"in qonağı olacaq. Komandalar bunadək çempionatda 14 dəfə üz-üzə gəlib. Bunların 12-də qonaqlar, birində meydan sahibləri 3 xal qazanıb. Bir görüşdə isə heç-heçə qeydə alınıb. Oyunu Əliyar Ağayev idarə edəcək. Görüş 18-də başlanacaq.
Günün son matçı Sumqayıtda olacaq. 29 xalla 4-cü sırada qərarlaşan şəhərin eyniadlı təmsilçisi özündən 5 xal az toplayan və bir pillə geridə olan "Qəbələ" ilə qarşılaşacaq. Əvvəlki 34 görüşün 20-də əyalət klubu, 4-də isə "gənclik şəhəri" təmsilçisi qələbə qazanıb. Digər 10 matç isə heç-heçə yekunlaşıb. Vüqar Həsənlinin idarə edəcəyi matç saat 20:15-də başlanacaq.
23-cü tur sabah keçiriləcək “Keşlə” – “Sabah və “Neftçi” – “Zirə” oyunları ilə başa çatacaq.

CANLI YAYIM