Lissabonda cüdo üzrə Avropa çempionatı start götürüb

16 Aprel, 13:47 Sosial mediada paylaşın:
Bu gün Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatı başlanıb.
Yarışın ilk  günü milli komandamızın 3 üzvü tatamıyə çıxacaq. 66  kqda mübarizə aparan Kəramən Hüseynov startda modovalı  Nikolae Foça ilə qarşılaşacaq. 66 kqda yarışan. Nicat Şıxəlizadə 1/16 finalda slovakiyalı  Matej Polyakla qüvvəsini sınayacaq. Eyni çəkidə Orxan Səfərovun rəqibi israil cüdiçusu  Amit Boboviç olacaq. Qeyd edək ki, komandamız Avropa çempionatına 9 idmançı ilə yollanıb. Millimizin digər üzvləri Hidayət Heydərov - Niklas Blöxl, Zelim Kotsoyev, Elmar Qasımov, Uşangi Kokauri və  İrina Kindzerska qarşıdakı günlərdə mübarizəyə qoşulacaq. Avropa çempionatına aprelin 18-da yekun vurulacaq.

CANLI YAYIM