Rəşad Sadıqov: "Neftçi" ilə oyundan xal və ya xallarla ayrılmaq istəyirik"

16 Aprel, 11:30 Sosial mediada paylaşın:
Azərbaycan Premyer Liqasının 23-cü turunda maraqla gözlənilən qarşılaşmalardan biri “Neftçi” və “Zirə” komandaları arasında olacaq.
Prinsipiallığı ilə seçilən oyun “Baksel” Arenada keçiriləcək. Bütün turnirləri nəzərə alsaq, “Zirə” son 5 qarşılaşmada rəqibinə ciddi müqavimət göstərərək məğlub olmayıb. Bakı klubunun uğursuzluğu bununla da bitmir. “Zirə” “Neftçi”nin qapısına 5 matçda ümumən 3 dəfə yol tapıbsa, “ağ-qaralar” fərqlənə bilməyib. Bir sözlə tərəflər arasında futbol rəqabəti azarkeşlərin görüşə olan həyəcanını artırır. “Zirə”nin kapitanı Ağabala Ramazanovun da zədəyə görə öynaya bilməyəcəyi qeyd olunmalıdır
Baş məşqçi Rəşad Sadıqov İdman TV-yə verdiyi açıqlamasında qarşılaşmanı dəyərləndirib: "Səfərdə oynayacağıq. "Neftçi" çempionluğa iddialı komandadır. Öz meydanında xal itirməməyə çalışacaq. Biz də əlimizdən gələni edərək, qarşılaşmadan xal və ya xallarla ayrılmaq istəyirik. Hər oyunun ayrı hökmü var. Biz növbəti matça hazırlaşırıq və 2-3 oyun qol buraxmamaq və qələbə qazanmaq tabloda əlavə üstünlük vermir. Oyunu ciddiyə alırıq. Bilirik ki, "Neftçi" də çox istəklidir, çox yaxşı formadadır və çempionluq üçün mübarizə aparırlar. Xal itirmək onların planlarına daxil deyil. Bizi necə oyun gözlədiyini anlayırıq. Əlimizdən gələni edəcəyik ki, rəqibə layiqli mübarizə göstərək".

CANLI YAYIM