Makqreqorla Porye iyulun 10-da 3-cü dəfə qarşılaşacaq

15 Aprel, 17:25 Sosial mediada paylaşın:
Konor Makqreqorla Dastin Porye arasında UFC-də  3-cü döyüşün keçiriləcəyi elan edilib. Görüş iyulun 10-da Las Veqasda  təşkil olunacaq.   “T-Mobile” arenasına  20 min azarkeşin buraxılacağı gözlənilir.
Xatırladaq ki, bu,  tərəflər arasında  3-cü döyüş olacaq. İrlandiyalı ilə kanadalı idmançılar İlk dəfə 2014-cü ildə üz-üzə gəlmiş və Konor rəqibini 1-ci raundda nokautla məğlub etmişdi. Bu ilin yanvarında keçirilən ikinci görüşdə isə Porye Makqreqoru 2-ci raundda təslim olmağa vadar etmişdi. Maraqlıdır ki, aprelin 12-də mətbuata açıqlama verən Konor   Dastinlə döyüşməyəcəyini söyləmişdi. Görünür, UFC rəhbəri Deyna Uayt irlandiyalını cəlbedici qononar müqabilində razı sala bilib. 
Xatırladaq ki, 32 yaşlı Makqreqor bu günə qədər keçirdiyi görüşlərdə 22 qələbə qazanıb və 5 dəfə məğlub olub. Onunla yaşıd olan Porye isə 27 qarşılaşmada qalib gəlib, 6-sında isə uduzub.
 

CANLI YAYIM