Dieqo Perotti "Fənərbağça"dan ayrılacaq

15 Aprel, 17:17 Sosial mediada paylaşın:
“Fənərbağça”nın argentinalı hücumçusu Dieqo Perotti İstanbul təmsilçisindən ayrılmaq niyyətindədir.
32 yaşlı futbolçu ölkəsinin “Boka Xuniors” klubuna keçməyi planlaşdırır. Türkiyə mətbuatının verdiyi xəbərə görə tərəflər arasında hər tərəfli razılaşma əldə olunub. “Fənərbağça”nın Perottinin keçidinə razı olub-olmayacağı ilə bağlı hələlik məlumat yoxdur. Klubla müqaviləsinin sonuna hələ 1 il qalan Dieqo isə transferin reallaşması üçün rəhbərliklə görüşəcək.

CANLI YAYIM