Daha bir futbolçumiz Gürcüstanda oynaya bilər

15 Aprel, 15:04 Sosial mediada paylaşın:
Daha bir futbolçumuz Gürcüstan çempionatında oynaya bilər.
Söhbət hazırda klubsuz qalan təcrübəli qapıçı Orxan Sadıqlıdan gedir. Son olaraq “Zirə”də çıxış edən qolkiper "Azerisport"un məlumatına görə, hazırda qonşu ölkənin bir neçə klubu ilə danışıq aparır. Sadıqlının Azərbaycanda qalmaq variantı da var. Bir müddət əvvəl danışıq aparıb razılaşa bilmədiyi “Səbail” də futbolçunun keçidində maraqlıdır. Qeyd edək ki, Orxan Sadıqlı ölkəmizdə “Xəzər-Lənkəran”, “Keşlə” və “Sumqayıt”ın da şərəfini qoruyub.

CANLI YAYIM