Futzal millimiz Yunanıstan yığmasını darmadağın edib

15 Aprel, 11:30 Sosial mediada paylaşın:
Milli komandamız Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Futzalçilarimiz Bakıda Yunanıstan təmsilçilərini qəbul ediblər. Ötən tur qrup liderliyini təmin edən yığmamız son görüşündə böyükhesablı qələbə qazanıb.Artıq 3-cü dəqiqədə Fineo de Araujo ilk qolu vurub. Az sonra Yunanıstan millisinin heyətində Qusis Panagiotis avtoqol müəllifi olub. Fasiləyə kimi meydan sahibləri daha bir dəfə fərqləniblər. İsa Atayev qapını dəqiq nişan alıb. 2-ci hissədə isə 1 qol olub. Ramiz Çovdarov görüşdə son nöqtəni qoyub 4:0. Beləliklə millimiz 16 xalla qrupu lider başa vurub. Qeyd edək ki, komandamızla yanaşı Bosniya və Herseqovina, Xorvatiya, İtaliya, Qazaxıstan, Portuqaliya, Rusiya və İspaniya kollektivləri qrup qalibi, Finlandiya, Gürcüstan, Polşa, Slovakiya, Sloveniya və Ukrayna milliləri isə 2-ci yerin sahibi kimi final mərhələsində çıxış edəcəklər. Sonuncu vəsiqənin sahibi noyabr ayında Serbiya və Belarus yığmaları arasındakı pley-off oyunlarından sonra müəyyənləşəcək. Xatırladaq ki, Avropa çempionatının final mərhələsi gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq.

CANLI YAYIM