Yürgen Klopp: "Səhvsiz oynasaq, böyük hesablı qələbəyə də ümid etmək olar"

14 Aprel, 14:57 Sosial mediada paylaşın:
UEFA Çempionlıar Liqasınında ¼ finalın cavab oyunları keçirilir. İlk görüşdə 3-1 hesabı ilə “Liverpul”u məğlub edən “Real” üstünlüyünü qorumaq niyyətindədir. Görüşə maraq olduqca böyükdür. Komandalar bunadək qitənin ən nüfuzlu klub turnirində 7 dəfə üz-üzə gəlib. Bunlardan 4-də madridlilər qələbə qazandıqları halda, qalan 3 oyunda “Liverpul” qalib gəlib. Heyətlərə gəlincə, hər iki tərəfdə problemlər var. Meydan sahiblərinin heyətində Co Qomez, Cordan Henderson, Joel Matip, Divok Origi və Vircil Van Deyk oyunu kənardan izləyəcək. Qonaqlardan isə Eden Azar, Lukas, Serxio Ramos və Rafael Varan qarşılaşmada iştirak etməyəcək. “Liverpul”un baş məşqçisi Yurgen Klopp mətbuat konfransında qələbəyə inandıqlarını bildirib: “Ilk oyunda 2 topq fərqilə uduzmuşuq. Bu, faciə deyil. Səhvsiz oynasaq, böyük hesablı qələbəyə də ümid etmək olar. Rəqib güclü olsa da, məğlubedilməz deyil. Mərhələni keçib kuboka doğru addımlamaq istəyirik.
“Real”ın baş məşqçisi Zinəddin Zidan isə məğlubiyyətsizlik seriyasını davam etdirmək niyyətindədir: “13 oyundur ki, məğlub olmuruq. Bu uğuru davam etdirmək istəyirik. İlk oyundakı qələbə bizi arxaynlaşdırmamalıdır. Yarımfinal mərhələsi üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Liverpul” – “Real” matçı bu gün Bakı vaxtı ilə saat 23-də başlanacaq.

CANLI YAYIM