PSJ və "Çelsi" yarımfinalda

14 Aprel, 13:50 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında ilk 2 yarımfinalçı müəyyənləşib. “Pari Sen-Jermen”ə Münhendə 2:3 hesabilə uduzan “Bavariya” bu dəfə rəqibilə Fransada qarşılaşıb. 1-ci hissə meydan sahiblərinin heyətində Neymar fəallığı ilə seçilib. Braziliyalı futbolçu bir neçə əlverişli fürsəti qaçırıb. Əvəzində fasiləyə 5 dəqiqə qalmış qonaqlar üstünlek qazanıblar. Erik Şupo Motinq rəqib qapısına yol tapıb. Lakin münhenlilər fasilədən sonra nə qədər çalışsalar da, fərqi artıra bilməyiblər. Beləlik görüş “Bavariya”nın minimal hesablı qələbəsiylə başa çatıb. Bu nəticə Almaniya klubuna ötən mövsümün finalında çempionluq sevinci yaşatmışdısa, bu dəfə yarımfinala yüksəlməsi üçün kifayət etməyib. 2 görüşün yekununda 3:3 hesabı qeydə alınsa da, Pari Sen Jermen səfərdə daha çox qol vurduğu üçün ən güclü 4 komanda sırasına çıxıb. 
“Çelsi” və “Portu” komandaları karantinə görə yenə Sevilya şəhərində üz-üzə gəlib. “Zadəganlar” ilk oyunda 2:0 hesabilə qələbə qazansalar da, bu dəfə uduzublar. Ancaq “Bavariya” kimi “Portu”nun da uğuru ümumi vəziyyəti dəyişməyib. 2-ci yarıya əlavə olunan 4-cü dəqiqədə Mehdi Taremi akrobatik zərbəylə matçda yeganə qolu vurub. Ümumi yekuna əsasən “Çelsi” 2:1 hesabilə üstün olaraq yarımfinala çıxıb. 

CANLI YAYIM