Cavid Tağıyev özünə klub tapa bilmir

14 Aprel, 11:25 Sosial mediada paylaşın:
Vaxtilə milli komandamızın da şərəfini qorumuş Cavid Tağıyev hələ də özünə klub tapa bilməyib.
Son olaraq “Sabah” klubundan ayrıldıqdan sonra zədəli olan və fərdi məşq edən təcrübəli yarımmüdafiəçi heç bir klubdan təklif almayıb. Qeyd edək ki, vaxtilə ölkəmizdə “Turan”, “Qarabağ” və “Sumqayıt”da da çıxış edən futbolçu 2019-cu ildə “Sabah”a transfer olunmuş amma heyətdə möhkəmlənə bilməmişdi.

CANLI YAYIM