"Minnesota Timbervulvs" klubu 1,5 milyard dollara satılıb

13 Aprel, 14:29 Sosial mediada paylaşın:
MBA-da çıxış edən “Minnesota Timbervulvz” klubu yaxın günlərdə sahibini dəyişəcək. Amerika mətbuatının məlumatına görə, ulduz beysbolçu Aleks Rodriges milyarder Mark Lori ilə birgə klubun sahibi Qlen Teylorla razılığa gəlib. Amma klubun səhmlərini 1,5 milyard dollara satan Teylor qarşıdakı iki ildə iş başında olacaq. Məhz 2023-cü ildən “Minnesota” yeni rəhbərliyin başçılığı altında mübarizə aparacaq.
 Yeri gəlmişkən, bir müddət əvvəl “Minnesota”nın sabiq basketbolçusu Kevin Qarnettin də kluba sahib çıxmaq istəməsi ilə bağlı xəbərlər dolaşırdı. Amma tərəflər maliyyə məsələsində razılığa gələ bilmədiyindən sövdələşmə baş tutmamışdı. Xatırladaq ki, 1989-cu ildə yaradılan “Minnesota” bu müddət ətzində MBA çempionu ola bilməyib. Bu komandanın ən yaxşı göstəricisi 2003/04 mövsümündə Şimal-Qərb divizionunun qalibi olmasıdır.  Teylor isə 1994-cü ildə 88 milyon dollara “Minnesota”nın səhmlərinə sahib çıxıb.  Sonda “canavarlar”ın bu mövsüm MBA-da 30 komanda arasında sonuncu pillədə qərarlaşdığını da xatırladaq.

CANLI YAYIM