Üzgüçülük üzrə milli komandamız Türkiyədə təlim-məşq toplanışındadır

13 Aprel, 13:23 Sosial mediada paylaşın:
Üzgüçülük üzrə milli komandamız Türkiyədə təlim məşq toplanışındadır. İdmançılarımız qarşıdakı yarışlara Ərzurumdakı Palantökən Olimpiya üzgüçülük mərkəzində hazırlaşırlar. Qardaş ölkəyə 9 üzgüçü ilə yollanan yığmamızın heyətində kifayət qədər güclü idmançılar var. Komandamız bu il üçün ill sınağı mayın 10-dan 24-dək Macarıstanda keçiriləcək Avropa çempionatı olacaq.
Bu , millimizin Ərzurum şəhərində ikinci təlim məşq toplanışıdır. Buradakı hazırlığın komandamız üçün səmərəli olduğunu deyən Rəşad Əbdürrəhmanov bildirib ki, məhz ilk toplanşından sonra yığmamız  Riqada təşkil olunan Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda yüksək nəticə göstərib. Üzgüçülərimiz həmin turnirdə  4 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb.
Qeyd edək ki, hələlik millimizin yalnız bir üzvü Maksim Şemberev olimpiya oyunlarlına lisenziyanı təmin edib. O, 2019-cu ildə Cənubi Koreyada keçirilən dünya çempionatında 400 mart məafəyə qarışıq üzmə yarışında  6-cı yeri tutmaqla bu hüququa nail olub. 

CANLI YAYIM