Nəriman Abbasov ardıcıl 11-ci qələbəsini qazanıb

12 Aprel, 14:04 Sosial mediada paylaşın:
Azərbaycanın təcrübəli idmançısı MMA üzrə bir sıra titulların sahibi Nəriman Abbasov növbəti döyüşünə çıxıb.
Rusiyanın paytaxtı Moskva şəhərində təşkil olunan qarşılaşma təmsilçimizin peşəkar karyerasında 29-cu sınağı olub.  Sərbəst güləş üzrə yeniyetmələr arasında Avropa çempionu Şamil Amirovla üz-üzə gələn 27 yaşlı idmançımız üçün bu qarşılaşma o qədər də çətin keçməyib. Üçüncü raunda qədər tab gətirə bilən rusiyalı idmançı dəqiqənin tamamında döyüşü davam etdirmək istəməyib. Bununla da Nəriman döyüşü texniki nokautla başa vurub. Abbasov qələbə sayəsində yüngül çəki dərəcəsində çempion kəmərini qoruyub. Xatırladaq ki, Nəriman Abbasov daha əvvəl 2020-ci ilin sentyabrında Rusiyanın daha bir təmsilçisi Mixail Qoqitidzeni məğlubiyyətə uğradıb. 2013-cü ildə MMA çərçivəsində peşəkar karyerasına başlayan Nəriman Abbasov indiyə qədər keçirdiyi 29 döyüşün 26-da qalib gələrək bunlardan 10-da rəqiblərini nokautla məğlubiyyətə uğradıb.

CANLI YAYIM