Silverstoun peyvəndli azarkeşləri qəbul etmək istəyir

10 Aprel, 09:24 Sosial mediada paylaşın:
Silverstoun Qran-prisinin rəhbərliyi bu mövsüm Formula 1 yarışını dolu tribunalarda keçirmək istəyir.
Bu məqsədlə Böyük Britaniyadakı avtodromun rəhbərliyi bəyanat yayıb. Yarışın təşkilat komitəsi yalnız vaksinasiyadan keçən Formula 1 həvəskarlarına bilet satmağı planlaşdırır. Komitə həmçinin Böyük Britaniyanın baş naziri Boris Consona müraciət də ünvanlayıb. Məsələ ondadır ki, ötən mövsüm azarkeşsiz keçirilən yarış Böyük Britaniya Qran-prisinin təşkilatçılarına maddi zərbə vurub. Halbuki, buna qədər Silverstoun Qran-prisini avtodromdan 120 min tamaşaçı izləyirdi. Ümumiyyətlə, britaniyalı funksionerlər Formula 1-də qeyri-müəyyənliyin hökm sürməsindən narahat olduqlarını bildiriblər. Bəyanatda həmçinin avtodromlarda azarkeşlərin sosial məsafəni qorumasının vacibliyi vurğulanıb. Xatırladaq ki, yay fəslindən etibarən Formula 1-də azarkeşklərin avtodromlara buraxılması məsələsi müzakirə olunur. Artıq müəyyən Qran-prilərdə məhdud sayda azarkeşlərin avtodromlara daxil ola biləcəyi ilə bağlı söhbətlər dolaşır.

CANLI YAYIM