"Monako" Fransa Kubokunda 1/4 final mərhələsinə yüksəlib

7 Aprel, 16:45 Sosial mediada paylaşın:
Fransa kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
“Monako” doğma divarlar arasında “Mets”lə qarşılaşıb. İlk hissədə tərəflərin bir neçə dəfə fərqlənməyə şansları olsa da hesab açılmayıb. İkinci yarı da gərgin mübarizə şəraitində keçib. Əsasən meydan sahibləri ardıcıl hücumlar təşkil etsə də, qol vurulımayıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan knyazlıq təmsilçisi adını ¼ finala yazdırmağı bacarıb.

CANLI YAYIM