"Trabzonspor" doğma meydanda xal itirdi

7 Aprel, 15:51 Sosial mediada paylaşın:
Türkiyə çempionatının 33-cü turuna start verilib.
Açılış günündə keçirilən 3 oyundan ən maraqla gözləniləni Trabzon şəhərində keçirilib. Yerli komanda “Kayserispor”u qonaq edib. Oyuna meydan sahiblərinin daha yaxşı başlaması ehtimal olunsa da, gözlənilənin əksinə Kayseri klubu rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradıb. Hesabın açılmasını çox gözləmək lazım gəlməyib. 6-cı dəqiqədə Pedro Enrikenin ötürdüyü topu Muğdat Çelik qapıdan keçirib. Qoldan sonra təşəbbüsü ələ alan Abdullah Avcının komandası ilk hissədə hesabı bərabərləşdirib. Anastasios Bakasetas komandasını ümidləndirib. İkinci hissədə tərəflərin cəhdləri nəticəsiz qalıb və matç 1:1 hesabı ilə yekunlaşıb. Bu nəticə ilə xallarının sayını 57-ə çatdıran “Qara Dəniz fırtınası” 4-cü pillədəki mövqeyini qoruyub. “Kayserispor” isə 33 xalla 16-cıdır. Çempionata 54 xalla “Beşiktaş” başçılıq edir.

CANLI YAYIM