"Real" "Liverpul"dan, "Mançester Siti" "Borussiya"dan üstün olub

7 Aprel, 11:47 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında ¼ final mərhələsina start verilib. “Real” “Liverpul”u qəbul edib. Böyük maraqla gözlənilən matçda 4 qol vurulub. Hesabı Madrid futbolçuları açıblar. 27-ci dəqiqədə Junior Vinisius fərqlənib. Çox keçmədən fərq artıb. Bu dəfə rəqib futbolçuların səhvindən yararlanan Marko Asensio diqqət mərkəzinə düşüb. Fasiləyə məğlub yollanan “Liverpul” ikinci yarıda hücumlarını gücləndirib. Nəticədə fərq azalıb. Məhəmməd Salah rəqib qapısına yol tapıb. 1-2. Buna baxmayaraq təzyiqi azaltmayan Zidanın komandası daha bir qol vurub. Vinisius dubl edib. Beləliklə, “Real” 3-1 hesabı ilə qalib gəlib.
Günün digər matçı isə İngiltərədə keçirilib. Söhbət “Mançester Siti” -  “Borussiya” Dortmund görüşündən gedir. Oyuna daha yaxşı başlayan meydan sahibləri ilk hissədə hesabı açıblar. 19-cu dəqiqədə Kevin de Bröyne fərqlənib. Uzun müddət qapısını toxunulmaz saxlayan “şəhərlilər” 84-cü dəqiqədə məyus olublar. Marko Roys tarazlığı bərpa edib. Ruhdan düşməyən meydan sahibləri 90-cı dəqiqədə yenidən önə keçiblər. Fil Foden mübarizə nöqtə qoyub: “Mançester Siti” -  “Borussiya” Dortmund  2:1. Qeyd edək ki, bu komandalar arasında cavab oyunları aprelin 14-də olacaq.

CANLI YAYIM