Poçettino: "“Bavariya” məğlubedilməz deyil"

7 Aprel, 13:33 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının ¼ finalında “Bavariya” PSJ-ni qəbul edəcək. Münhendə keçiriləcək görüşə maraq böyükdür. “Bavariya” ötən mərhələdə “Latsio”nu mübarizədən kənarlaşdırmışdısa, PSJ “Barselona”ya qalib gəlib. Komandalar bunadək çempionlar liqasında 9 dəfə üz-üzə gəliblər. Bunlardan 5-də Paris təmsilçisi qalib gəldiyi halda, qalan 4 matçda Münhen futbolçuları seviniblər. Qarşılaşmadan əvvəl ənənəvi mətbuat konfransında “Bavariya”nın baş məşqçisi Hans Diter-Flik görüşə tam hazır olduqlarını bildirib: “Hamımız bu görüşü səbirsizliklə gözləyirik. Oyuna xüsusi motivasiya ilə hazırlaşırıq. Artıq hər matça final kimi baxırıq. Qarşımızda çox güclü rəqib var. PSJ-nin hücum xəttini zərərsizləşdirməki üçün əlimizdən gələni edəcəyik. Onlara qol vurmağa imkan verməməliyik”.
“Pari Sen-Jermen”in baş məşqçisi Maurisio Poçettino isə Münhenə turist kimi gəlmədiklərini vurğulayıb:  “Rəqibdən çəkinsəydik bu turnir qatılmazdıq. “Bavariya” məğlubedilməz deyil. Onların da zəif cəhətləri var və bundan istifadə etməyə çalışacağıq. Futbolçularım tapşırıqlarımı düzgün yerinə yetirsələr, Fransaya sərfəli nəticə ilə dönəcəyik”.
Qeyd edək ki, “Bavariya” – PSJ matçı bu gün Bakı vaxtı ilə saat 23-də başlanacaq.

CANLI YAYIM