Millimiz Slovakiya yığması ilə oyuna hazırdır

7 Aprel, 00:26 Sosial mediada paylaşın:
Avropa çempionatının seçmə mərhələsinin 3-cü qrupunda mübarizə aparan millimiz aprelin 8-də səfərdə Slovakiya yığması ilə qarşılaşacaq.
Komandamız artıq matçın keçiriləcəyi Leviçe şəhərindədir. Bakıdakı təlim- məşq toplanışına 16 futzalçı cəlb olunsa da, onlardan 12-i Slovakiyaya aparılıb. Legionerlərdən  Bolinya və Hadi Ahmadi zədə səbəbindən qarşıdakı görüşdə iştirak etməyəcək. Əvəzində zədəsini sağaldan qapıçı Emin Kürdov heyətə qayıdıb. Slovakiya ilə matçın qrup liderliyi baxımından əhəmiyyət daşıdığını deyən millimizin baş məşqçisi Joze Alesio Da Silva komandanın hazırlığını dəyərtləndirib: "Hazırlığımız yaxşı gedir. Oyun gününə kimi matça tam hazır olacağıq. Sonuncu məşqdə Bolinya və Hadi Ahmadinin zədələnməsi işimizi bir qədər çətinə sala  bilər. Bununla belə futzalçılarımız qələbəyə kökləniblər. Qarşılaşma bizim üçün qrup lidreliyi baxımından mühüm əhəmiyyət daşıyır. Slovakiyadan sərfəli nəticə qazanaraq Avropa çempionatının final mərhələsinə qrup birincisi kimi qatılmaq istəyirik. Rəqibin də növbəti mərhələyə çıxmaq imkanı olduğundan görüşün çətin keçəcəyini deyə bilərəm".
Aprelin 8-də keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18-də başlayacaq. Bu görüşdən 4 gün sonra millimiz Bakıda yunanıstanlı rəqiblərini qəbul edəcək. Qeyd edək ki, komandamız 4 turdan sonra 12 xalla liderdir və Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edib.  

CANLI YAYIM