Canni De Byazi AFFA ilə müqaviləni yeniləmək istəyir

7 Aprel, 11:00 Sosial mediada paylaşın:
Canni De Byazi uzun müddət Azərbaycanda qalmaq istəyir.
İtalyan baş məşqçi AFFA ilə müqaviləsinin müddətini daha 2 il uzatmaq niyyətindədir. 65 yaşlı mütəxəssis artıq bu fikrini AFFA rəhbərliyinin diqqətinə çatdırıb. Ötən il millimizin sükanı arxasına keçən apenninli çalışdırıcı başladığı işi uğurla bitirmək üçün 2 ilin kifayət etmədiyini bildirib. AFFA rəhbərliyi isə baş məşqçinin gələcək taleyi ilə dünya çempionatının qarşıdakı seçmə mərhələ oyunlarından sonra qərar verəcəyini açıqlayıb. Xatırladaq ki, De Byazinin rəhbərliyi millimiz keçirdiyi ilk 3 oyunda məğlub olub.

CANLI YAYIM