"Zenit" qələbə qazanaraq zirvədə möhkəmləndi

6 Aprel, 15:55 Sosial mediada paylaşın:
Rusiya premyer liqasında 24-cü tura “Zenit” – “Ximki” görüşü ilə yekun vurulub.
Sankt-Peterburq klubu favorit statusunu doğruldub. 8-ci dəqiqədə Sərdar Azmunun vurduğu qol VAR-a baxılandan sonra qeydə alınmasa da, meydan sahibləri ilk hissəyə artırılan 4-cü dəqiqədə qaydanı pozmadan rəqib qapısına yol tapıblar. Vyaçeslav Karavayev “Zenit”i önə çıxarıb. Maraqlıdır ki, fasilədən sonra vurulan 1 qol da son dəqiqələrə təsadüf edib. Bu dəfə Andrey Mostovoy diqqət mərkəzinə düşüb. “Zenit” – “Ximki” 2:0 Sankt – Peterburq futbolçuları xallarının sayını 51-ə çatdıraraq zirvədə möhkəmləniblər. Liderdən 4 xal az toplayan “Spartak” 2-ci, “Lokomotiv” 43 xalla 3-cüdür.

CANLI YAYIM