"Vest Hem" "Çelsi"nin xal itksindən məharətlə istifadə etdi

6 Aprel, 12:43 Sosial mediada paylaşın:
İngiltərə premyer liqasında 30-cu tur başa çatıb. “Vest Hem” əsas rəqibi “Çelsi”nin uğursuzluğundan yararlanaraq qələbə qazanıb. Devid Moyesin komandası “Vulverhempton”un qonağı olub. Hesab artıq 6-cı dəqiqədə açılıb. “Vest hem”də inamlı çıxışıyla seçilən Cessi Linqard yenə fərqlənməyə nail olub. Az sonra Pablo Fornals qonaqların üstünlüyünü möhkəmlədib. 38-ci dəqiqədə Carrod Bouen də “Vulberhempton”u məyus edib.  “Canavarlar” fasiləyə kimi qollardan birinin əvəzini çıxıblar. Leander Dendonker “Vest Hem”in qapısına yol tapıb. Birinci hissədən fərqli olaraq 2-ci yarıda yalnız 1 qol vurulub. 68-ci dəqiqədə Fabiu Silva fərqi minimuma endirərək mübarizəyə nöqtə qoyub: “Vulberhempton” - Vest Hem 2:3 London klubu bu qələbə sayəsində xallarının sayını 52-ə çatdırıb. Bununla Devid Moyesin komandası  “Çelsi”ni qabaqlayaraq 5-ci yerdən 4-cü sıraya yüksəlib. Vulverhempton” isə 35 xalla 14-cüdür. 
“Everton” – “Kristal Pelas” görüşündə isə qalib müəyyənləşməyib. Mersisayd klubu 56-cı dəqiqədə Xames Rodrigesin vurduğu qol sayəsində irəli keçsə də, sona yaxın qələbədən məhrum olub. Mişi Batşuayi “Kristal Pelas”a 1 xal qazandırıb. London futbolçuları hazırda 38 xalla 12-ci, Everton isə 47 xalla 8-cidir. Yarış cədvlinə 74 xalla “Mançester Siti” başçılıq edir. 2-ci pillədə qərarlaşan “Mançester Yunayed” liderdən 14 xal geri qalır. Lester 56 xalla ilk 3-lüyü tamamıayır. 

CANLI YAYIM