Gənc istedadların yer aldığı nüfuzlu turnirdə şahmatçımız Günay Məmmədzadə də iştirak edəcək

6 Aprel, 10:22 Sosial mediada paylaşın:
Şahmat əfsanələri Yudit Polqar və Vladimir Kramnik “Play Magnus Group” ilə birgə gənc oyunçuları dəstəkləmək və idmanda gender bərabərliyini təşviq etmək üçün Azərbaycan şahmatçısının da qatılacağı elit onlayn turnir təşkil edəcəklər.
Yarışın rəsmi saytına istinadla xəbər verir ki, “Julius Baer Challengers Chess Tour” adlanan turnirdə şahmatçımız Günay Məmmədzadə də iştirak edəcək. O, Yudit Polgarın komandasında yer alıb. Yarışda dünyanın bəzi istedadlı oğlan və qız şahmatçıları bərabər sayda iştirak edəcəklər. Yarışın mükafat fondu 100 min dollar təşkil edəcək.
Yudit Polqar və Vladimir Kramnik rəhbərlik edəcəkləri komandaların hər birində 10 şahmatçı mübarizə aparacaq. Aprelin 8-də start götürəcək rapid turniri 4 mərhələdən ibarət olacaq və hər mərhələ 4 gün davam edəcək. Yarışın final mərhələsi sentyabrın 9-13-də baş tutacaq. Turnirin qalibi “Play Magnus Group” flaqman seriyası olan və mükafat fondu 1,5 milyon dollar təşkil edən “Meltwater Champions Chess Tour”a vəsiqə qazanacaq.

CANLI YAYIM