Ağırlıqqaldıranımız Avropa çempionu oldu

6 Aprel, 10:20 Sosial mediada paylaşın:
Rusiyanın paytaxtı Moskvada keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın qadın idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 59 kq çəki dərəcəsində Boyanka Kostova qızıl medal qazanıb.Atletimiz birdən qaldırma hərəkətində 95 kq nəticə ilə bürünc, təkanla qaldırmada isə 116 kq-la qızıl medal qazanıb.
Kostova Ümumilikdə 211 kq nəticəylə yekun siyahıda  Avropa çempionatının qızıl medalına layiq görülüb. Xatırladaq ki, təmsilçimiz buna qədər 3 dəfə Avropanın ən güclüsü olub. 1 dəfə isə dünya çempionluğu sevinci yaşayıb. Aprelin 11-dək davam edəcək qitə yarışına 40 ölkədən 361 idmançı qatılıb. Daha 2 ağırlıqqaldıranımız aprelin 10-u bacarığını nümayiş etdirəcək. Kişi İdmançılarımızdan əliş nəzərov və dadaş dadaşbəyli körpücük üzərinə çıxacaq. 

CANLI YAYIM