"Beşiktaş"dan gözlənilməz məğlubiyyət

5 Aprel, 17:33 Sosial mediada paylaşın:
Türkiyə çempionatının 32-ci turunda “Kasımpaşa” “Beşiktaş”ı qəbul edib “Qara Qartal”ın qələbə imkanları yüksək qiymətləndirilsə də, “meydan sahibləri ehtimalları alt-üst edib. Komanda qapısını toxunulmaz saxlayaraq minimal hesabla qalib gəlib. 20-ci dəqiqədə Aytaç Karanın vurduğu qol “Kasımpaşa”ya 3 xal qazandırıb.Hazırkı çempion “Başakşəhər” isə ardıcıl 3 oyundan sonra qalib gəlib. Doğma meydanda “Malatyaspor”la üz-üzə gələn Aykut Kocamanın komandası ilk hissədə rəqib qapısından 1 top keçirib. Tolqa Ciyərci dəqiq oynayıb. Fasilədən sonra qonaqlar hesabı bərabərləşdiriblər. Adem Büyükün zərbəsi qarşısıalınmaz olub. 8 dəqiqə sonra Demba Ba penaltidən yararlana bilməyib. Çox keçmədən Ömər Şahinər fərqi yenidən yüksəldib. 2:1. Qarşılaşmaya əlavə olunan dəqiqədə isə Daniel Aleksiç son nöqtəni qoyub. “Başakşəhər” – “Malatyaspor” 3:1.32 turdan “Beşiktaş” 64 xalla zirvədədir. Komandanın ehtiyyatda bir oyunu da var. Ən yaxın rəqibi “Qalatasaray” isə 61 xalla ikincidir. İlk üçlüyü 59 xalla “Fənərbağça” tamamlayır.

CANLI YAYIM