Berlin derbisində sülh qeydə alındı

5 Aprel, 16:28 Sosial mediada paylaşın:
Almaniya çempionatının 27-ci turunda “Ştutqart” doğma meydanda “Verder”i minimal hesabla məğlub edib. Lyudviq Auqustinssonun avtoqolu meydan sahiblərinə qələbə qazandırıb. 27 oyuna 39 xal toplayan “Ştutqart” turnir cədvəlində 8-ci, ardıcıl 3-cü görüşündə uduzan “Verder” 30 xalla 13-cü yerdədir.
Berlin derbisində “Union” – “Herta” matçı sülhlə başa çatıb. Robert Andrixin hesabı açdığı oyunda Dodi Lukebakio tarazlığı bərpa edib - 1:1.  Qeyd edək ki, 39 xala malik “Union” “Ştutqart” və “Borussiya Mönhenqladbaxı” top fərqində qabaqlayaraq 7-ci yerə yüksəlib. “Herta” 25 xalla 14-cüdür. Yarış cədvəlinə  64 xalla “Bavariya” başçılıq edir.

CANLI YAYIM