"Atletiko" xal itirdi

5 Aprel, 15:20 Sosial mediada paylaşın:
İspaniya çempionatının 29-cu turunda “Sevilya” “Atletiko”nu qəbul edib.
Madrid təmsilçisinin yarış cədvəlinin lideri olmasına baxmayaraq, meydan sahiblərinin güclü müqavimət göstərəcəyi əvvəldən bəlli idi. İlk hissədə “Sevilya” futbolçuları qola yaxın olublar. Lakin, 8-ci dəqiqədə Lukas Okampos penaltini dəqiq yetirə bilməyib. İlk hissədə qapılar toxunulmaz saxlanılıb. İkinci yarıda da hücumlarını davam etdirən meydan sahibləri nəhayət istəklərinə çatıblar. Markos Akunya komandasına qələbə qazandırıb. Beləliklə “Sevilya” 4-cü pillədəki mövqeyini gücləndirib. “Atletiko” 66 xalla liderliyini davam etdirir.

CANLI YAYIM