"Mançester Yunayted" əzmkar qələbə qazandı

5 Aprel, 14:16 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasının 30-cu turunda “Manester Yunayted” “Brayton”u qəbul edib. Oyuna daha yaxşı başlayan qonaqlar ilk hissədə fərqləniblər. Bir vaxtlar “Mançester Yunayted”in şərəfini qoruyan Deni Uelbek keçmiş komandasının qapısına yol tapıb. Ruhdan düşməyən meydan sahibləri ikinci yarıda önə keçməyi bacarıblar. Markus Reşford tarazlığı bərpa edib. Meyson Qrinvud isə qələbə qolunun müəllifi olub. 2-1 hesabı ilə qalib gələn “Mançester Yunayted” 60 xalla ikincidir.
Avrokuboklar uğrunda mübarizə aparan “Tottenhem” isə “Nyukasl”ın qonağı olub. Meydan sahibləri 28-ci dəqiqədə hesabı açıblar. Joelinton fərqlənib. Çox keçmədən Harri Keyn dubl edib. İkinci yarıda “Nyukasl” yenidən diqqət mərkəzinə düşüb. Son dəqiqələrdə Cozef Uillok mübarizəyə nöqtə qoyub – 2:2. “Tottenhem” 49 xalla 5-cidir. Yarış cədvəlinə 74 xalla “Mançester Siti” başçılıq edir.

CANLI YAYIM