"MotoGP" üzrə mövsümün ikinci Qran-prisi geridə qalıb

5 Aprel, 12:20 Sosial mediada paylaşın:
Qətərin paytaxtı Dohada MotoGP üzrə mövsümün 2-ci Qran-prisi başa çatıb. “Losal” avtodromunndakı yarışda azarkeşlər maraqlı mübarizənin şahidi olub.
Şənbə günü keçirilən təsnifat mərhələsində “Pramak Dukati” mərhələsinin üzvü Xorxe Martin pol-pozişnı ələ keçirsə də, həlledici yarışda vəziyyət dəyişib. Yarışın gedişində liderliyi əldə verən ispaniyalı pilot son dövrədə komanda yoldaşı Joan Zarkonun gerisində qalaraq 3-cü pilləni tutub. Qran-prinin qalibi isə Fabio Kuartararo olub. O, finiş xəttini 42 dəqiqə 23 saniyəyə keçib. Ötən mövsüm “Suzuki” ilə dünya çempionu olan ispaniyalı pilot Joan Mir isə 7-ci yeri tutub. Maraqlıdır ki, Mir ötən həftə Qətər Qran-prisində 4-cü yer tutaraq fəxri kürsüyə yüksələ bilməmişdi. Ötən həftəki Qran-prinin qalibi olan “Yamaha” pilotu Maverik Vinyales bu dəfə finiş xəttini 5-ci keçib. MotoGP üzrə 9 qat dünya çempionu Valentino Rossi isə yarışa 21-ci sırada başlasa da, onu 16-cı yerdə başa vurub. Ümumilikdə 22 pilot arasında finiş xəttini yalnız Aleks Markeslə İker Lekouna keçə bilməyib.

CANLI YAYIM