"Mayami Open" turnirində mübarizə sona yaxınlaşır

2 Aprel, 17:44 Sosial mediada paylaşın:
Mayamidə qadın tennisçilərin yarışında yarımfinal yekunlaşıb. Mükafat fondu 3 milyon 260 min dollar olan turnirdə reytinq birincisi Eşli Barti ilə ukraynalı Elina Svitolina qarşılaşıb. Avstraliyalı raketka ustası qələbə qazanmaqda çətinlik çəkməyib. İlk dəqiqələrdən üstünlüyə yiyələnən Barti birinci setdə 6:3 hesabı ilə qalib gəlib. Təşəbbüsü əldən verməyən tennisçi 2-ci hissədə də eyni hesabla qələbə qazanaraq finala yüksəlib.
Kişilərin yarışında isə ¼ final başa çatıb. Bu mərhələdə polşalı Hubert Hurkaç yunanıstanlı Stefanos Tsitsipasla üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən duel 2 saat 22 dəqiqə çəkib. Tsitspas ilk setdə qalib gəlsə də, sonradan üstünlüyü əldən verib. Digər hissələrdə məğlub olan yunanıstanlı raketka ustası mübarizəni dayandırıb.

CANLI YAYIM