Kamal Mirzəyev "Qəbələ"dən gedə bilər

2 Aprel, 13:09 Sosial mediada paylaşın:
Küveyt klubundan ayrılandan sonra “Qəbələ”yə keçən yarımmüdafiəçi Kamal Mirzəyev Qərb təmsilçisini tərk edə bilər.
Uzun müddət zədəli olan futbolçu məşqlərə başlasa da, əsas heyətə düşməkdə çətinlik çəkir. Hələ ki, baş məşqçi Elmar Baxşiyevin etimadını qazana bilməyən təcrübəli futbolçu mövsümün sonunda böyük ehtimalla komandanı tərk edəcək. Qeyd edək ki, son olaraq Küveytin “Əl Samiyə” klubunun şərəfini qoruyan Kamal Mirzəyev ölkəmizdə “Zirə”, “Sumqayıt” və AZAL-ın da şərəfini qoruyub.

CANLI YAYIM