"Zirə"də ciddi itkilər

2 Aprel, 11:36 Sosial mediada paylaşın:
Azərbaycan çempionatının 21-ci turunda “Səbail”lə qarşılaşacaq “Zirə” klubu ciddi itkilərlə üzləşib.
Belə ki, zədəli olan Lazar Corceviç, həmnçinin cəzalı oyunçular Riçard Almeyda ilə Dimitrios çantakios oyunu buraxmalı olacaqlar. Bir müddət əvvəl ciddi zədələnən gürcüstanlı legioner David Volkov məşqlərə başlasa da, onun da qarşıdakı oyunda meydana çıxacağı gözlənilmir. “Səbail”də isə Əfran İsmayılov, Ruslan Hacıyev və Hendrik Eksteyn “Zirə”yə qarşı oynaya bilməyəcəklər. Qeyd edək ki, aprelin 4-ü “Asko Arena”da keçiriləcək “Səbail”-“Zirə” qarşılaşması saat 17-30-da başlayacaq.

CANLI YAYIM