İspaniya millisi Sevilyada Kosovo yığmasını məğlub edib

1 Aprel, 16:45 Sosial mediada paylaşın:
Dünya çempionatının seçmə mərhələsinin B qrupunda çıxış edən İspaniya millisi Sevilya şəhərində Kosovo seçməsini qəbul edib. Meydan sahibləri 1-ci hissədə 2 qol vurublar. Hesabı Dani Olmo açıb. Ardınca Ferran Torres qapını dəqiq nişan alıb. 2-ci hissədə qonaqlar buraxılan toplardan birinin əvəzini çıxıblar. Besar Halimi Kosova millisini ümidləndirib. Amma 5 dəqiqədən sonra Jerar Moreno hesab arasındakı fərqi yenidən 2 topa yüksəldib - 3:1. Ardıcıl 2-ci qələbəsini qazanan İspaniya seçməsi 7 xalla qrupa başçılıq edir. Hər iki oyununda uduzan Kosova kollektivi autsayderdir.
Qrupun digər matçı Yunanıstanda olub. Yerli komanda Gürcüstan futbolçuları ilə bacarmayıb. 76-cı dəqiqədə Otar Kakabadzenin avtoqolu ilə hesabda önə keçən meydan sahiblərinin sevinci cəmi 2 dəqiqə çəkib. Vaxtilə ölkəmizdə “Şəmkir və “Kəpəz” klublarında çıxışı ilə məşhurlaşan Badri Kvaratsxeliyanın oğlu Xvitsa komandasını məğlubiyyətdən xilas edib - 1:1. Xatırladaq ki, o, bundan əvvəlki turda İspaniya millisi ilə oyunda hesabı açsa da, sonradan komandası uduzmuşdu.  Bununla da Gürcüstan yığması hazırki seşmə mərhələdə ilk xalını qazanıb. Yunanıstan kollektivi isə ardıcıl 2-ci oyununda da 1-1 hesablı heç-heçə edib.

CANLI YAYIM