Fransa millisi Sarayevodan 3 xalla qayıdıb

1 Aprel, 16:25 Sosial mediada paylaşın:
Dünya çempionatının seçmə mərhələsində D qrupunda yarışan Fransa millisi Sarayevoda Bosniya və Herseqovina komandasının qonağı olub. Hazırki dünya çempionları səfər matçında minimal hesablı qələbə qazanıblar. Antuan Qrizman görüşün taleyini həll edib. 3 oyuna 7 xal toplayan Fransa millisi qrupun lideridir.
Fransalıların ən yaxın izləyiciləri Ukrayna futbolçuları isə qələbəyə həsrət qaliblar. Andrey Şevçenkonun komandası ardıcıl 3-cü oyununda da heç-heçə edib. Kiyevdə Qazaxıstan millisi ilə görüşdə hesabı meydan sahibləri açıblar. Roman Yaremçuk fərqlənib. amma fasilədən sonra Serikjan Mujikov komandasını məğlubiyyətdən xilas edib. 3 oyuna 3 xal əldə edən Ukrayna kollektivi qrupda 2-ci yerdədir. Ilk xalını əldə edən Qazaxıstan komandası isə Bosniya və Herseqovina seçməsi ilə birlikdə autsayderdir.

CANLI YAYIM