Danimarka millisi Vyanada Avstriya yığmasını darmadağın edib

1 Aprel, 15:45 Sosial mediada paylaşın:
Dünya çempionatının seçmə mərhələsində F qrupunda Danimarka millisi Vyanada Avstriya seçməsinin qonağı olub. İlk hissədə hesab açılmasa da, fasilədən sonra danimarkalılar 4 qol vurublar. Əvvəlcə Andreas Skov Olsen fərqlənib. Ardınca Yoakim Mehle qapını dəqiq nişan alıb. Qalan vaxt ərzində Pyer Emil Höyberq də hədəfdən yayınmayıb. Yekun nəticəni dubl edən Andreas Skov Olsen qoyub. 4:0 hesabı ilə qalib gələn Danimarka millisi ardıcıl 3-cü qələbəsini qazanıb. Komanda maksimum nəticə ilə qrupa başçılıq edir. Avstriyalılar 4 xalla 4-cü yerdədirlər.
Liderin ən yaxın izləyicisi, ondan 4 xal geri qalan şotlandiya yığması da 4 cavabsız qolla qələbə qazanıb. Britaniyalılar Qlazqoda Farer adaları təmsilçisini məyus ediblər. İlk 2 qolu Con Makgin vurub. Ardınca Çe Adams və Rayan Freyzer fərqləniblər. Ardıcıl 2 heç-heçədən sonra qalib gələn Şotlandiya millisi 5 xalla qrupda 2-ci yerdədir.
4 xalla ilk 3-lüyü tamamlayan İsrail futbolçuları isə Moldovada yerli komandanın qapsından 4 top keçiriblər. Amma bu oyunda hesabı açan tərəf meydn sahibləri olublar. Ketelin Karp qapını dəqiq nişan alıb. Fasilə ərəfəsində Eran Zahavi tarazlığı bərpa edib. 2-ci hissədə rəqibin azlıqda qalmasından istifadə edən İsrail millisi daha 3 qol vurub. Manor Solomon, Munas Dabbur və Bibras Natxo fərqləniblər. Beləliklə İsrail millisi 4:1 hesablı qələbə qazanıb.

CANLI YAYIM